Şuşa forumunda İlham Əliyevi tərifləyən rus politoloq sıxışdırılır - "Agentdir"
Bir qrup rusiyalı hərbi bloger Şuşada keçirilmiş forumda Azərbaycan prezidenti İlham Əliyevi tərifləyən tanınmış politoloq Sergey Markovun cəzalandırılmasını tələb ediblər.
SAVASHMEDİA.az az xəbər verir ki, rusiyalı politoloq xarici liderə həddən artıq dəstək verməkdə ittiham edilib və onun "xarici agent" elan edilməsinə çağırılıb.
Buna cavab olaraq Markov tənqidçilərini "marjinal" adlandırıb və bildirib ki, o, əsrin dörddə birindən artıqdır ki, rus vətənpərvəridir və Rusiya lideri Vladimir Putinin sadiq tərəfdarıdır .
Xatırladaq ki, iyulun 19-da “Rəqəmsal keçidlər: Süni intellekt əsrində informasiya və medianın dayanıqlığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumu keçirilib.
Forumda Azərbaycan prezidenti Ukraynadakı münaqişədən danışıb və ukraynalıları işğalla razılaşmamağa çağırıb. O, həmçinin ukraynalı jurnalistdən Ukrayna Silahlı Qüvvələrinin (UAF) şevronlarını qəbul edib və “əvvəlki kimi davam etməyi” xahiş edib. Bundan başqa, respublika rəhbəri Rusiyanı AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı məhkəmə ilə hədələyib və təzminat tələb edib.
Rusiyalı politoloq Sergey Markov isə forumu Əliyevin fikirlərini dinləmək və müxtəlif ölkələrdən olan həmkarları ilə ünsiyyət qurmaq baxımından unikal imkan adlandırıb, həmçinin Azərbaycan lideri haqqında tərifli sözləri deyib.
Oğuz