Ərdoğan fikrini dəyişdi, bunu edəcək! - İbo vasitəsilə Türkiyəyə verilən mesaj

Türkiyə Prezidenti Rəcəb Ərdoğan növbəti müddətə prezidentliyə namizədliyini irəli sürəcəyini istisna etməyib.

Jan 12, 2025 - 05:41
Ərdoğan fikrini dəyişdi, bunu edəcək! - İbo vasitəsilə Türkiyəyə verilən mesaj

SAVASHMEDİA.az xəbər verir ki, Şanlıurfa şəhərində Ədalət və İnkişaf Partiyasının əyalət təşkilatlarının qurultayında çıxış edən ölkə rəhbəri və məşhur müğənni İbrahim Tatlıses arasında dialoq yaşanıb.

Tatlıses Ərdoğana qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olub-olmayacağı ilə bağlı sual ünvanlayıb.

“Sən varsansa, varam”, - dövlət başçısı cavab verib.

Məlumat üçün bildirək ki, sonuncu prezident seçkiləri zamanı Ərdoğan bir daha namizədliyini irəli sürməyəcəyini demiş və bu seçkilərin onun üçün sonuncu olduğunu söyləmişdi. İndi rəsmi şəkildə olmasa da, üçüncü müddətə prezidentliyə namizəd olacağını istisna etməməsi onun fikrini dəyişdiyinin göstəricisidr.

Bir müddət öncə Türkiyə liderinin baş müşaviri Mehmet Uçum da belə bir ehtimalın gerçəkləşəcəyinə işarə edərək bunları demişdi: 

“Konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq prezident yenidən namizəd ola bilər”.

Xatırladaq ki, Ərdoğanın ikinci prezidentlik müddəti 2028-ci ildə başa çatır və konstitusiyaya görə, o, iki dəfə ardıcıl sözügedən posta seçildiyi üçün üçüncü dəfə namizəd ola bilməz.

Oğuz