Bəşər Əsəd Moskvada həkimliyə başladı, arvadı isə... - DETALLAR
Suriyanın sabiq prezidenti Bəşər Əsəd və ailəsi ilə bağlı yeni məlumatlar yayılıb.
SAVASHMEDİA.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, sabiq lider və ailəsi Moskvada təcrid olunmuş və sakit həyat sürürlər.
Əsəd ailəsinə yaxın mənbələrin bildirdiyinə görə, onlar Moskvanın dəbdəbəli yaşayış massivi olan Rublyovkada yaşayırlar. Göz həkimi olan Bəşər Əsəd öz ixtisası ilə bağlı çalışmağa meyillənib. Buna görə də o, yenidən tibb təhsili alır.
Akademik təhsilə önəm verən sabiq prezident və ailəsi rus dilini öyrənməyə başlayıb. Suriyanın sabiq lideri rus dilini öyrənməyə həvəsləndirən başqa bir səbəb isə Moskvanın elit təbəqəsini müalicə etmək istəyidir.
Bildirilib ki, Əsədin oftalmologiya sahəsinə dönməsinə səbəb pul deyil, onun yetərincə maddi imkanı var. Həkimlik Bəşər Əsəd üçün qarşısını ala bilmədiyi bir ehtirasdır, hətta o, Suriyada vətəndaş müharibəsi başlamazdan əvvəl Dəməşqdə göz həkimi kimi də fəaliyyət göstərib.
Məlumata görə, 2014-cü ildə Kiyevdən qaçan Viktor Yanukoviç də Rublyovkada yaşayır. Əsəd tez-tez Yanukoviçlə görüşür.
Mənbə Bəşər Əsədin həyat yoldaşı Əsma Əsədlə də bağlı məlumatlar verib. Bildirib ki, sabiq birinci xanım Moskvaya qaçan kimi xərçəng xəstəliyi ilə mübarizəsini davam etdirib. 50 yaşlı Əsma Əsəd artıq xərçəngə qalib gəlib, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur.
Xatırladaq ki, Bəşər Əsəd Suriyada 2024-cü ilin sonlarında başlayan müxalif hücumları nəticəsində hakimiyyətdən devrilib. Həmin il dekabrın 9-da bütün sərvətini də götürərək təyyarə ilə Rusiyaya qaçıb.
Banu