Şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi bu qaydada veriləcək - YENİLİK
Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı onlayn olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, Daxili İşlər Nazirliyi vətəndaşların gündəlik həyatını asanlaşdırmaq və dövlət xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə bir sıra xidmətlərin təkmilləşdirilməsi üzrə yeni rəqəmsal təşəbbüs hazırlayıb.
Təkliflərə əsasən:
- şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının və sürücülük vəsiqələrinin alınması və yenilənməsi,
- nəqliyyat vasitələrinin qeydiyyatı üzrə ilkin sənədlərin qəbulu tam və ya mərhələli şəkildə rəqəmsallaşdırılacaq.
Vətəndaşlar ilkin müraciətlərini dövlət qurumlarına getmədən onlayn formada təqdim edə biləcəklər.
Bu təşəbbüs “rəqəmsal hökumət” modelinin gücləndirilməsinə, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına, eləcə də vətəndaş məmnunluğunun artırılmasına xidmət edir və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verir.
Aytən