Putinin dostu prezident mandatından məhrum olundu
Bosniya və Herseqovina Mərkəzi Seçki Komissiyası separatçı Milorad Dodikin Serpska Respublikasının prezidenti mandatından məhrum edilməsi barədə qərar qəbul edib.
SAVASHMEDİA.az bu barədə N1 portalına istinadən xəbər verir.
MSK-nın yeddi üzvünün hamısı mandatın ləğvini dəstəklədiyindən qərar yekdilliklə qəbul edilib.
MSK üzvü Suad Arnautoviç izah edib ki, qərar hələ yekun deyil və o yalnız inzibati prosedurlara görə bir və ya iki ay çəkə biləcək apellyasiya müddəti bitdikdən sonra qüvvəyə minəcək.
Xatırladaq ki, Bosniya və Herseqovina Apellyasiya Məhkəməsi avqustun 1-də məhkəmənin ilkin qərarını təsdiqləyib, ona görə Dodik 1 il müddətinə azadlıqdan məhrum edilib.
Dodik məhkəmənin qərarına məhəl qoymayacağını söyləyib.
Dodik bundan əvvəl konstitusiya quruluşunu pozmaqda, xüsusən də Beynəlxalq Birliyin Bosniyadakı Ali Nümayəndəsi Kristian Şmidtin qərarlarına məhəl qoymamaqda və Serb Respublikasında dövlət qurumlarının yurisdiksiyasını məhdudlaşdıran qanunlar qəbul etməkdə təqsirli bilinib.
Dodik açıq şəkildə dövlət orqanlarının yurisdiksiyasını tanımaqdan imtina edib və həbsə tabe olmayacağını bildirib.
Xatirə SADİQ