Uitkoffla Putinin söhbəti təxminən 3 saat çəkdi
Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff arasında Kremldə keçirilən görüş başa çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar 3 saata yaxın çəkib.
Bundan öncə ABŞ prezidenti Donald Tramp demişdi ki, Uitkoff məhz Rusiya tərəfinin xahiçi ilə Moskvaya səfər edəcək.
Qeyd edək ki, Amerika lideri Ukraynaya qarşı müharibədə atəşkəsi elan etmək üçün Rusiyaya vaxt verib. Onun sözlərinə görə, Putinin buna razılaşmayacağı təqdirdə ölkəsi Rusiyaya qarşı sanksiyalar tətbiq edəcək. Həmin ultimatumun müddəti avqustun 8-də başa çatır.
Xatirə SADİQ