Kremldən Putin-Uitkoff görüşü ilə bağlı İLK AÇIQLAMA
Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarının xüsusi elçisi Stiv Uitkoffla görüşündə Ukrayna böhranı üzrə siqnallar verib.
SAVASHMEDİA.az RBC telekanalına istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti də Uhitkoff vasitəsilə “Trampdan müvafiq siqnallar” alıb.
Yuri Uşakov qeyd edib ki, Putin və Uitkoff ABŞ və Rusiya arasında strateji əməkdaşlığın inkişaf perspektivlərini də müzakirə ediblər.
Xatirə SADİQ