Polşanın yeni prezidenti and içdi

Polşanın yeni prezidenti Karol Navrotskinin andişmə mərasimi Polşa Seymində keçirilib. 

Aug 6, 2025 - 16:53
Polşanın yeni prezidenti and içdi

SAVASHMEDİA.az bu barədə Wyborcza portalına istinadən xəbər verir. 

Prezidentin and işməsindən sonra artıq keçmiş prezident sayılan Andjey Duda parlamentdə dövlət başçısına ayrılmış kürsünü tərk edib və xələfinin yanında əyləşib.
 
“Polşa 35 il ərzində iqtisadi uğurlar əldə edib, lakin ölkənin konkret sosial qrupları və regionları bundan kənarda qalıb. Bizə miqyaslı planlar, iri investisiyalar lazımdır. Biz polyakların ambisiyalarını oyatmalıyıq. Biz artıq qərb qonşularımızın yardımçı təsərrüfatı ola bilmərik”, - deyə yeni prezident vurğulayıb.

Xatirə SADİQ