Türkiyə parlamentinin əməkdaşı necə qətlə yetirilib? - Əri aldadaraq...

Xəbər verdiyimiz kimi, Türkiyə Böyük Millət Məclisinin əməkdaşı Saliha Akkaş həyat yoldaşı Salih Akkaş tərəfindən qətlə yetirilib.

Aug 6, 2025 - 15:29
Aug 6, 2025 - 16:14
Türkiyə parlamentinin əməkdaşı necə qətlə yetirilib? - Əri aldadaraq...

SAVASHMEDİA.az xəbər verir ki, dəhşətli cinayətin təfərrüatları açıqlanıb.

Məlumata görə, 45 yaşlı Salih Akkaş danışmaq bəhanəsi ilə boşanmaq ərəfəsində olduğu Saliha Akkaşın yaşadığı evə gəlib. 

Söhbət bir müddətdən sonra davaya çevrilib. Salih Akkaş dava əsnasında 40 yaşlı Saliha Akkaşa 40-dan çox bıçaq zərbəsi vurub. Saliha Akkaş reanimasiyaya yerləşdirilib. Lakin həyatını qurtarmaq mümkün olmayıb.

Türkiyə mətbuatının yazdığına görə, iki övladı olan Salih və Saliha Akkaş bir müddətdir ayrı evlərdə yaşayırmış. Uşaqlardan biri anası, digəri isə atasının yanında qalırmış. Salih Akkaş “həyat yoldaşına təhdid və təhqir” cinayətlərinə görə polisdə qeydiyyatda imiş.

Qeyd edək ki, Saliha Akkaş əri tərəfindən təhdid və təhqirlərə məruz qaldığına görə dövlət mühafizəsi altında olub.

Banu

Mövzu ilə bağlı ilk xəbərik linki: https://savashmedia.az/turkiye-boyuk-millet-meclisinde-qetl-37-defe-foto

Saliha Akkaş