Müəllimini yaralayan şagirdin TikTok paylaşımları ŞOK ETDİ - FOTO

Bakıdakı “İdrak” liseyində müəllimini güllələyən şagirdin qəribə "TikTok" repostları diqqət çəkib.

Feb 8, 2026 - 14:30
Müəllimini yaralayan şagirdin TikTok paylaşımları ŞOK ETDİ - FOTO

Bu barədə məlumat Şedevr telegram kanalında paylaşılıb.

Belə ki, onun paylaşımlarından Vladislav Roslyakova xüsusi rəğbət bəslədiyi görünür. Demək olar ki, şagirdin bütün "TikTok" repostları məhz Roslyakovla bağlıdır.

Qeyd edək ki, Vladislav Roslyakov 2018-ci ilin oktyabrında oxuduğu Kerç Politexnik Kollecinə ov tüfəngi ilə gələrək, 20 tələbəni öldürmüş, 60-dan çox insanı isə yaralamışdı.

Bu hadisə Rusiya tarixində ən ağır məktəb hücumlarından biri hesab olunur və “Kerç Kolumbaynı” adlandırılır. Hadisə ABŞ-da baş vermiş Kolumbayn məktəb atışmasından ilhamlanaraq törədilmişdi. 

Xatırladaq ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya sinif otağında atəş açaraq onu yaralayıb. Şagird artıq həbs edilib.

(News24.az)