Prokuror Kərim xan “Taliban”ın liderinə həbs orderi istədi
Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru “Taliban”ın lideri Heybətullah Axundzadə və Əfqanıstanın baş hakimi Əbdül Həqqaninin həbsinə order verilməsini istəyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə prokuror Kərim Xanın bəyanatında bildirilir.
Prokuror Kərim Xan onları insanlığa qarşı cinayət törətməkdə şübhəli bilir. Söhbət qadınların cinsinə görə təqib edilməsindən gedir. Bu da fiziki toxunulmazlıq və muxtariyyət, sərbəst hərəkət və ifadə azadlığı, təhsil, şəxsi və ailə həyatı və toplaşmaq azadlığı da daxil olmaqla, fundamental hüquqların çoxsaylı ciddi pozuntularına səbəb olur”, - deyə məlumatda bildirilir.
Prokuror diqqətə çatdırıb ki, yaxın vaxtlarda “Taliban”ın digər yüksək vəzifəli üzvlərinə qarşı da əlavə sorğu veriləcək.
Xatirə SADİQ