“Təəssüf ki, İlonun kartları və kostyumu yoxdur”  

Respublikaçı konqresmen Cek Kiml amerikalı milyarder İlon Maska istehza ilə sataşıb.  

Mar 11, 2025 - 15:17
“Təəssüf ki, İlonun kartları və kostyumu yoxdur”  

SAVASHMEDİA.az xəbər verir ki, bu, Maskın guya Ukraynanın “X” sosial şəbəkəsinə hücum etdiyi iddialarından sonra baş verib. 

“Əgər Ukrayna həqiqətən də, İlon Maskın dediyi kimi, “Twitter”ə (“X”I nəzərdə tutur – red.) hücum edibsə, bu, çox ciddidir. “Twitter”ə sülh gətirə bilmək üçün  Ukraynanı mənimlə danışıqlara dəvət edirəm. Təəssüf ki, İlonun kartları və ya kostyumu yoxdur. Ona görə də onun çox şeydə güzəştə getməli olacağını gözləyirik”, - deyə respublikaçı konqresmen istehza ilə “X” sosial şəbəkəsində yazıb.

Qeyd edək ki, Cek Kimbl Kaliforniyanın 54-cü dairəsini təmsil edir.

Xatirə SADİQ