“Ukrayna ordusu əsas təhlükəsizlik təminatıdır” – Fransa müdafiə naziri
“Fransa Ukrayna ordusunun hər hansı demilitarizasiyasından imtina edəcək”.
SAVASHMEDİA.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyan Lekornü Parisdə keçirilən müdafiə və strategiya forumundakı açılış nitqində söyləyib.
Fransız müdafiə naziri bildirib ki, Ukrayna ordusu ölkənin “əsas təhlükəsizlik təminatı” olaraq qaldır.
Qeyd edək ki, Ukrayna ordusunun “demilitarizasiyasını” Rusiya tələb edir.
Hazırda Parisdə Ukrayna üçün beynəlxalq təhlükəsizlik qüvvələrinin yaradılması ilə bağlı danışıqlar gedir. Bu danışıqlara 30-dan çox ölkənin hərbi məmuru qatılıb.
Xatirə SADİQ