Mark Rutte amerikalı prezidenti alqışladı – “Tramp haqlıdır”
NATO-nun baş katibi Mark Rutte ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı mövqeyini alqışlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Mark Rutte Davosdakı Dünya İqtisadi Forumu çərçivəsində “CNBC” telekanalına müsahibəsində deyib.
Baş katib qeyd edib ki, belə mövqeyin bundan sonra da Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcəyinə ümid edir: “Trampın Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ilə bağlı mövqeyindən çox məmnun oldum. Biz bilirik ki, Rusiya iqtisadiyyatı çox pis vəziyyətdədir və sanksiyalar kömək edəcək”.
Avropanın da Rusiya iqtisadiyyatını boğmaq” və ölkənin hərbi büdcəsini azaltmaq üçün sanksiyalar tətbiq edəcəyinə ümid etdiyini vurğulayan Rutte əlavə edib: “Tramp haqlıdır, Ukrayna Avropaya daha yaxındır, lakin Tramp həm də o məsələdə haqlıdır ki, bu, geosiyasi münaqişədir. Ona görə də əminəm ki, ABŞ bunun yaxşı və möhkəm sazişlə bitməsini istəyir”.
Xatırladaq ki, dünən Ağ Evdə çıxış edərkən Tramp deyib ki, Moskva Ukrayna ilə müharibənin həlli üçün danışıqlar masasına oturmaqdan imtina edərsə, ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirə bilər.
Xatirə Sadiq