Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı - FOTO

Fövqəladə Hallar Nazirliyində idarə rəisi vəzifəsindən azad olunub.

Oct 15, 2025 - 18:29
Kəmaləddin Heydərov idarə rəisini işdən çıxardı - FOTO

SAVASHMEDİA.az qaynarinfo-ya istinadən xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Rüfət Ağazadə FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Əldə etdiyimiz məlumata görə, ona Nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində vəzifə verilib.

Qeyd edək ki, Rüfət Ağazadə 2006-cı ildən Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2022-ci ilin iyul ayında FHN-nin Əsaslı Tikinti İdarəsinin rəisi təyin olunmuşdu. İxtisasca memar olan sabiq rəis Azərbaycan Memarlar İttifaqının üzvüdür.

Fotoda Rüfət Ağazadə