Paşinyan Davosda şikayətləndi

“Təəssüflər olsun ki, müstəqilliyimizin əvvəlindən, Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olduğu vaxtdan biz bir növ iqtisadi təcrid vəziyyətindəyik”

Jan 23, 2025 - 12:32
Paşinyan Davosda şikayətləndi

SAVASHMEDİA.az erməni KİV-nə istinadən xəbəbr verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Davosdakı anvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan panel müzakirəsi zamanı deyib.

Avropa İttifaqı (Aİ) ilə iqtisadi əlaqələrdən danışarkən Paşinyan qeyd edib ki, iqtisadi baxımdan regionun ölkələri ilə də daha yaxın olmaq istəyirlər: “Əlbəttə, biz iqtisadi baxımdan Avropa İttifaqına daha yaxın olmaq istəyirik. Amma digər tərəfdən, biz iqtisadi cəhətdən regionumuzun ölkələri ilə daha yaxın olmaq istəyirik. Təəssüflər olsun ki, müstəqilliyimizin əvvəlindən, Türkiyə və Azərbaycanla sərhədlərimiz bağlı olduğu və bağlı qaldığı vaxtdan biz bir növ iqtisadi təcrid vəziyyətindəyik. Bununla da təkcə regionumuzda deyil, bütün dünyada dəyişikliklər gətiririk”. 

Paşinyan iddia edib ki, Aİ-yə üzvlük prosesinə başlamaq təşəbbüsü vətəndaş cəmiyyətindən gəlib. “Bununla bağlı qanun layihəsi təqdim etdilər və hökumətimiz bunu təsdiqlədi. Parlamentimizin bu qanunu təsdiqləməsi ehtimalı yüksəkdir və hüquqi baxımdan biz Aİ ilə daha da yaxınlaşma prosesinə başlayacağıq”.

Xatirə SADİQ