“Aİ-95″-in satışı niyə dayandırılıb, bahalaşacaq? - RƏSMİ CAVAB

Yayılan məlumatlara görə, Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılıb. İddia olunur ki, “Aİ-95″ premium bahalaşacaq.

Aug 5, 2025 - 13:10
Aug 5, 2025 - 13:50
“Aİ-95″-in satışı niyə dayandırılıb, bahalaşacaq? - RƏSMİ CAVAB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "SOCAR Petroleum" QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza açıqlama verib.

O bildirib ki, “SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb:

“Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”, - deyə açıqlamada qeyd olunub.