Dərs vaxtı dünyasını dəyişən Yusifin yaxınları - "Ayaqqabısını bağlayarkən ölüb"
Ötən gün Mingəçevir şəhəri İ.Rüstəmov adına 5 nömrəli tam orta məktəbdə dərs zamanı halı pisləşən şagird ölüb.
SAVASHMEDİA.az verir ki, 2010-cu il təvəllüdlü Yusif Yusifov bir ay əvvəl ürək əməliyyatı keçiribmiş.
Bu gün dərsdə Y.Yusifovun halı qəfil pisləşib. Təcili tibbi yardım briqadası vasitəsilə xəstəxanaya aparılan şagirdin həkiməqədər ölümü baş verib.
Xəzər TV Mingəçevirdə məktəblinin qəfil ölməsi ilə bağlı bəzi detalları öyrənib.
Məlum olub ki, məktəblinin halı ayaqqabısını bağlamaq üçün əyildikdən sonra pisləşib:
"3 ay əvvəl ürək əməliyyatı keçirmişdi, bir həftə əvvəl də özünü pis hiss edirdi. Dərslərini yaxşı oxuyurdu, idmanla da məşğul olurdu" , - deyə yaxınları bildirib.
Fotoda Yusif Yusifov