Tramp Qəzzadan köçəcək fələstinlilərə pul vəd etdi - Ağ Evdən "prezident ciddidir" mesajı
ABŞ prezidenti Donald Tramp Qəzza sakinlərinin müvəqqəti köçürülməsinin zəruriliyində israr edir.
SAVASHMEDİA.az-ın xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Tramp bölgədəki ABŞ tərəfdaşlarından, xüsusən Misir və İordaniyadan anklavdan müvəqqəti köçən fələstinli qaçqınları qəbul edəcəklərini gözlədiyini açıq şəkildə ifadə edib.
“Mən təsdiq edirəm ki, prezident Qəzzanın yenidən qurulması və orada yaşayanların müvəqqəti köçürülməsi ideyasınə sadiqdir”, - Levitt bildirib.
Jurnalistlər onun işlətdiyi "müvəqqəti köçürülmə" sözü ilə bir gün öncə Trampın qurduğu "daimi köçürülmə" ifadəsi arasındakı ziddiyətə diqqət çəkdikdə isə Levitt bunları deyib:
"Prezident açıq şəkildə bildirdi ki, onlar Qəzzadan müvəqqəti olaraq köçürüləcəklər".
Ağ Evin mətbuat katibi etiraf edib ki, İsrailin baş naziri Benyamin Netanyahu Trampın Qəzza zolağı ilə bağlı planından öncədən xəbərdar olub.
Xatırladaq ki, Tramp Ağ Evdə Netanyahu ilə keçirdiyi danışıqlardan sonra bildirmişdi ki, Birləşmiş Ştatlar anklavın yenidən qurulması və inkişaf etdirilməsi üçün fələstinlilərin regionun digər ölkələrinə köçürülməsinə tərəfdarıdır.
Tramp bu məqsədlə fələstinlilərə pul ödəyə biləcəklərini də sözlərinə əlavə edib.
Oğuz