Tramp administrasiyası “USAİD”un “paxırı”nı açdı

Tramp administrasiyası ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAID) israf və sui-istifadələr siyahısını açıqlayıb.

Feb 4, 2025 - 16:16
Tramp administrasiyası “USAİD”un “paxırı”nı açdı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ağ Evin saytına məlumat yerləşdirilib.

“ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAID) onilliklər ərzində vergi ödəyiciləri qarşısında hesabat verməyib, çünki əksər hallarda heç bir nəzarət olmadan kök salmış bürokratların mənasız və pis niyyətli layihələrinə iri məbləğdə pullar yönəldib”, - deyə məlymatda bildirilib.

“İsraf və sui-istifadə” siyahısına, o cümlədən aşağıdakılar daxil edilib: 

- “Taliban”a fayda gətirən Əfqanıstanın suvarma kanalları, təsərrüfat avadanlığı və hətta gübrələrin maliyyələşdirilməsi üçün yüz milyonlarla dollar. Bu məbləğ misli görünməmiş xaşxaş becərilməsi və heroin istehsalını dəstəkləmək üçün istifadə olunub;

- Suriyadakı “Əl-Qaidə” ilə əlaqəli yaraqlılara gedən yüz minlərlə yemək;

- Uhan laboratoriyasında tədqiqatda iştirak edən “EcoHealth Alliance” üçün milyonlar;

- Misirdə turizmin maliyyələşdirilməsinə 6 milyon dollar;

- Vyetnam üçün elektrikli avtomobillər üçün 2,5 milyon dollar.

Xatırladaq ki, ABŞ prezidenti Donald Trampın federal hökuməti kiçiltmək təşəbbüsünə rəhbərlik edən milyarder İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bağlanması üçün işlərin davam etdiyini bildirib.

Digər ölkələrə qeyri-hərbi yardım göstərən ABŞ Beynəlxalq İnkişaf Agentliyinin internet saytı fevralın 1-dən fəaliyyətini dayandırıb. 

Xatirə SADİQ