İNFOAZ.MEDİA fəaliyyətə başladı
Azərbaycanda yeni informasiya platforması fəaliyyətə başlayıb.
İNFOAZ.MEDİA adlı sayt ölkə və dünya gündəmini operativ, dəqiq və obyektiv şəkildə oxuculara çatdırmağı hədəfləyir. Saytda siyasət, cəmiyyət, iqtisadiyyat, dünya xəbərləri, müsahibələr və analitik yazılar müntəzəm olaraq dərc olunacaq.
Sosial şəbəkələrdə aktivliyi ilə seçilən İNFOAZ.MEDİA qısa zamanda geniş auditoriya toplamağı, xəbərləri sürətli və çevik formada izləyicilərə təqdim etməyi qarşısına məqsəd qoyub. Platforma həm sayt, həm də sosial media üzərindən operativ xəbər axını ilə fərqlənir.
Layihənin əsas məqsədi oxucuları etibarlı məlumatla təmin etmək, aktual mövzulara aydınlıq gətirmək və informasiya məkanında peşəkar media nümunəsi kimi tanınmaqdır.
Qeyd edək ki, sayt artıq media reyestrindən keçib.