İsrailin iki naziri “arzuolunmaz şəxs” elan olundu - Sloveniyada 

Sloveniya hökuməti İsrail hökumətinin iki nazirini persona-non-qrata elan edib. 

Jul 18, 2025 - 13:27
İsrailin iki naziri “arzuolunmaz şəxs” elan olundu - Sloveniyada 

SAVASHMEDİA.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə iyulun 17-də Sloveniyanın xarici işlər naziri Tanya Fayon X sosial şəbəkəsində məlumat paylaşıb.

Nazir əlavə edib ki, söhbət ifrat sağçı milli təhlükəsizlik naziri Itamr Ben-Gvir və maliyyə naziri Bezalel Smotriçdən gedir.

“Bu, Qəzzada dözülməz şəraiti yaxşılaşdırmaq və mülki əhalinin əzabını dayandırmaq üçün İsrail hökumətinə təzyiqdir”, - deyə Fayon vurğulayıb.

Onun sözlərinə görə, Sloveniya Avropa İttifaqının (Aİ) belə addım atan ilk ölkəsi oldu.

Fajon qeyd edib ki, Sloveniya bu addıma Aİ xarici işlər nazirləri iyulun 15-də keçirilən iclasda insan haqları iddiaları ilə bağlı İsrailə qarşı birgə addımlar barədə razılığa gələ bilmədikdən sonra cürətlənib.

Sloveniya hökumətindən bildirilib ki, həmin nazirlər “İordan çayının qərb sahilində qeyri-qanuni İsrail yaşayış məskənlərinin genişləndirilməsini, fələstinlilərin məcburi köçkünlüyünü açıq şəkildə müdafiə edir və mülki Fələstin əhalisinə qarşı zorakılığa çağırırlar”.

Hökumətin mətbuat xidməti əlavə edib ki, hər iki israilli nazirin bu bəyanatları Beynəlxalq Ədalət Məhkəməsinin 2024-cü ilin iyulunda İsrailin işğal olunmuş ərazilərdəki siyasət və təcrübəsinə dair qərarı ilə ziddiyyət təşkil edir.

Xatirə SADİQ