Azərbaycan MDB-nin Moskvadakı iclasında iştirakdan imtina etdi
Azərbaycan Müstəqil Dövlətlər Birliyinin (MDB) İqtisadi Şurasının Moskvada keçiriləcək iclasında iştirakdan imtina edib .
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusioyanın lenta.ru saytı məlumat yayıb.
Məlumata görə, sözügedən tədbirdə bakını Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov təmsil etməli imiş, amma o, tədbirə qatılmayıb.
Bakının tədbirdə iştirakdan imtina etməsinə səbəb kimi Yekaterinburqda Azərbaycan diasporu liderlərinin saxlanması, Qazaxıstanda Azərbaycan Hava Yollarının (AZAL) təyyarəsinin qəzaya uğraması və Moskvanın ikitərəfli münasibətlərdəki problemləri həll etmək istəməməsi göstərilir.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya ilə Azərbaycan arasındakı münasibətləri şərh edib . Diplomat məsələlərin tərəfdaşlıq yolu ilə həllinin vacibliyini qeyd edib.
Oğuz