Putin və Zelenskinin Türkiyədə görüşü baş tutacaq? - AÇIQLAMA
Rusiya Ukrayna ilə sülh danışıqlarının üçüncü mərhələsinə hazırdır və Ankara Ukrayna tərəfdən cavab gözləyir.
SAVASHMEDİA.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
“İndi biz Ukrayna tərəfdən cavab gözləyirik, onlarla əlaqələrimiz davam edir”, - Fidan qeyd edib.
Fidan həmçinin bildirib ki, Ukrayna, ABŞ və Rusiya prezidentlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında bir araya gəlməsi prinsipində heç bir problem yoxdur:
“Hamısı, o cümlədən Putin indiki həmkarları ilə bir araya gəlməkdə problem görmür”.
Xatirə SADİQ