Almaniya Çini ittiham etdi - SƏBƏB

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Çin ordusunun alman təyyarəsinə qarşı lazer silahından istifadə etdiyini bildirib.

Jul 8, 2025 - 15:18
Almaniya Çini ittiham etdi - SƏBƏB

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniya XİN X sosial şəbəkəsində məlumat paylaşıb. 

Məlumata görə, bu insident alman təyyarəsinin Avropa İttifaqının (Aİ) Qırmızı dənizdəki müdafiə əməliyyatında iştirak etməsi zamanı baş verib. 

"Almaniya personalının təhlükəsizliyinə təhdid və əməliyyatın pozulması tamamilə qəbuledilməzdir. Bu gün Çin səfiri izahat üçün Almaniya XİN-nə çağırılıb”, - məlumatda deyilir.

Xatirə SADİQ