“Bizə qarşı hərbi münaqişəyə hazırlaşırlar” - Rusiya XİN
Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) və Avropa İttifaqı (Aİ) Rusiya ilə hərbi münaqişəyə hazırlaşır.
SAVASHMEDİA.az TASS agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
“Çox ciddi məsələ üzrə olduqca mühüm və dərin söhbət baş tutdu. Mahiyyət etibarilə, söhbət müharibə və sülh, mövcud təhlükəsizlik vəziyyəti, NATO və Aİ-nin hərbi hazırlıqları haqqında gedirdi. Onlar konkret olaraq Rusiya Federasiyası ilə hərbi toqquşmaya hazırlaşırlar”, - nazir müavini Dövlət Dumasında “Vahid Rusiya” fraksiyadaxili qrupunun iclasından sonra bildirib.
Xatirə SADİQ