Saatlar qaldı, Trampın istefası gözlənilir - Halsız prezidentin SON FOTOSU 

Ötən həftə öldüyü ilə bağlı iddialar səsləndirilən ABŞ lideri Donald Tramp günlər sonra üzə çıxıb.

Sep 2, 2025 - 15:27
Saatlar qaldı, Trampın istefası gözlənilir - Halsız prezidentin SON FOTOSU 

SAVASHMEDİA.az xəbər verir ki, media bir həftədir heç bir rəsmi tədbirdə iştirak etməyən, ictimai çıxışlardan yayınan Trampın şəklini çəkməyi bacarıb. 

79 yaşlı prezidentin son fotosu yayımlandıqdan sonra gündəm olub. Belə ki, ABŞ liderinin solğun bənizi və halsız olması diqqətdən yayınmayıb.

Bir müddətdir Amerika mətbuatında Trampın səhhətinin pisləşdiyi, hətta öldüyü ilə bağlı xəbərlər yayılır. Yayılan iddialardan biri də Trampın ağırlaşan səhhəti ilə bağlı istefa verəcəyidir.

Ötən gün Oval Ofisdən verilən açıqlamada ABŞ liderinin bu gün xüsusi mətbuat konfransı keçirəcəyi bildirilib.

Xüsusi mətbuat konfransı təkcə ABŞ-də deyil, beynəlxalq aləmdə də “Tramp istefamı verəcək?” sualını ağıllara gətirib.

Qeyd edək ki, mətbuat müxtəlif vaxtlarda Trampın əlindəki qançırdan və şişkin ayaqlarından yazıb.

Ağ Ev prezidentin əlindəki qançırı çox salamlaşması ilə, ayaqlarındakı şişkinliyi isə xroniki venoz çatışmazlıqla (qanın venalarla ayaqlardan ürəyi doğru axınının pozulması) əlaqələndirib.

Banu

Əlaqəli xəbərin linki: https://savashmedia.az/trampin-elindeki-qancir-hansi-xesteliyin-elametidir-ag-ev-cox-salamlasmaqdandir-dese-de-video