“Putinə sərf edir, Paşinyan tələsməlidir, biz isə...” – İsrail-İran müharibəsi kimlərin işinə yarayacaq?
"İsrail İranın raket hücumuna qarşı qonşu ölkədəki müxtəlif hədəfləri vuracaq. Bunların içərisində İranın hərbi və uranın zənginləşdirilməsi mərkəzlərinin olması ehtimalı yüksəkdir".
O qeyd edib ki, İsrail vurmağı planlaşdırdığı hədəfləri illər əvvəl müəyyənləşdirib:
"Beləliklə, proksi qüvvələr və casus şəbəkələr üzərindən illərdir, davam edən İran-İsrail müharibəsi birbaşa toqquşmalara qədəm qoyub. İşin içində ABŞ də var. Rusiya İranı dəstəkləsə də, prosesə müdaxilə etməyəcək, əksinə Qərbin diqqətinin Ukrayna müharibəsi üzərindən bir qədər yayınmasından öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Qonşuluğumzdakı müharibə İranla bağlı müxtəlif nəqliyyat layihələrini arxa plana keçirəcək. Müharibənin uzanması halında bunun Azərbaycan üçün hansı təsirləri ola biləcəyi üzərində düşünmək məcburiyyətindəyik".
Ekspert əlavə edib ki, müharibə fonunda Azərbaycana təzyiqlər arta bilər:
"Birincisi, İsrail-İran müharibəsi dövründə Azərbaycanın iştirakçısı olduğu “Şimal-Cənub” nəqliyyat dəhlizinin aktuallığı azalacaq. İkincisi, müharibənin şiddəti və İranda Suriyadakı proseslərin təkrarlanması ehtimalı artarsa, sözügedən ölkənin vətəndaşları qonşu ölkələrdə, o cümlədən Azərbaycanda sığınmağa çalışacaqlar. Üçüncüsü, müharibə fonunda İrandakı mühafizəkar dairələrin İsraillə əməkdaşlıq edən Azərbaycana təzyiqi artacaq".
Elxan Şahinoğlu vurğulayıb ki, mütxəlif ssenarilərə hazır olmalıyıq:
"Bunlar ehtimallara əsaslanan proqnozlardır, biz bütün bunların baş verməsini istəmirik. Bununla yanaşı, İsrail-İran müharibəsinin müxtəlif ssenarilərinə hazır olmalıyıq. Bu arada, Ermənistanın Baş naziri Nikol Paşinyanın tərsliyindən əl çəkib Konstitusiya dəyişikliyinə gedərək Azərbaycanla sülh sazişini imzalamağa hazır olması yerinə düşərdi. Çünki Ermənistanın özü də İsrail-İran müharibəsi fonunda ən pis ssnerailərinə hazır olmalıdır".
Ayxan