Tramp Ərdoğandan müharibəyə qoşulmasını istəyəcək - “Dostumdur, sözümdən çıxmaz”

ABŞ Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan ölkəsinin husilərə qarşı əməliyyatlarda iştirakını xahiş edə biləcəyini bildirib.

Oct 13, 2026 - 21:44
Tramp Ərdoğandan müharibəyə qoşulmasını istəyəcək - “Dostumdur, sözümdən çıxmaz”

SAVASHMEDİA.az xəbər verir ki, Ərdoğanı dostu adlandıran ABŞ lideri belə bir ehtimalı nəzərdən keçirə biləcəyini ifadə edib.

“Ərdoğan mənim dostumdur, xahişimi nəzərə alar. Ondan husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm”, -Tramp deyib.

ABŞ liderinin bu açıqlaması Türkiyənin Yəməndəki husilərə qarşı mümkün hərbi əməliyyatlarda iştirak ehtimalının gücləndirib.

Oğuz