Azərbaycan əhalisinin borcları artıb - Rəsmi ETİRAF

Azərbaycanda əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artıb.

Oct 13, 2026 - 19:14
Azərbaycan əhalisinin borcları artıb - Rəsmi ETİRAF

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarımillik "Maliyyə sabitliyi hesabatı"nda məlumat verilib.

Hesabata əsasən, bu il iyulun 1-nə əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 18.7 faiz təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz bəndi artıb.

Mərkəzi Bankın hesabatında bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri artsa da, borc yükünün həmin gəlirlərdəki payı yüksəlməkdə davam edir.

Qurum əhalinin borc yükündəki dəyişiklikləri diqqətdə saxlayır.

Aytən