Ankarada Azərbaycan əleyhinə AKSİYA - Yenə hicab, yenə iftira...
Ankarada Azərbaycanın Türkiyədəki səfirliyinin qarşısında etiraz aksiyası keçirilib.
SAVASHMEDİA.az Türkiyənin “Milat Gazetesi” nəşrinə istinadən xəbər verir ki, axşam saatlarında keçirilən aksiyada xeyli sayda etirazçı iştirak edib.
Aksiya iştirakçıları Azərbaycanda məktəblərdə baş örtüyünün qadağan edildiyini iddia edərək şüarlar səsləndiriblər.
Onlar həmçinin məktəblərdə vahid geyim formasının tətbiqinə etiraz edərək Azərbaycanın İsraillə münasibətlərini tənqid ediblər.
Aksiyada "Allahu Əkbər", "Hicaba uzanan əllər qırılsın" kimi şüarlar səsləndirilib.
Oğuz