General həlak oldu - Təyyarədən sağ çıxan olmayıb
Ankarada qəzaya uğrayan təyyarədə olan Liviya Baş Qərargah rəisi general Məhəmməd Əli əl-Həddadın və onu müəaiyyət edən şəxslərin həlak olduğu bildirilir.
SAVASHMEDİA.az xəbər verir ki, Bu barədə Liviyanın Milli Razılıq Hökuməti məlumat yayıb.
Xatırladaq ki, Əsənboğa hava limanından Liviyanın Tripoli şəhərinə uçan "Falkon 50" təyyarəsi ilə əlaqə kəsilmişdi. Daha sonra isə təyyarənin qəzaya uğradığı bildirilib.
Həddad bu gün Türkiyənin Baş Qərargah rəisi Səlcuq Bayraqdaroğlu və milli müdafiə naziri Yaşar Gülərlə görüşüb.
Aytən