Xəstəxanalar və həkimlər 2026-cı il müharibəsinə hazırlaşır – Fransada
Fransa hökuməti bütün ölkədəki tibb müəssisələrinə 2026-cı ilin martında “genişmiqyaslı döyüş əməliyyatlarına hazır olmaq göstərişi verib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.
Nəşr qeyd edib ki, hökumət ölkənin Fransadan və digər Avropa ölkələrindən çoxlu sayda yaralı əsgəri qəbul edə biləcək arxa cəbhəyə çevrilməsi ssenarisini proqnozlaşdırır. 10-180 gün ərzində gündəlik 100-dən 250 nəfərə qədər, 60 gün ərzində gündəlik 10-50 min əsgər qəbul etmək üçün hazırlıqlar gedir. Fransız həkimlər hərbi və mülki ehtiyacları ödəmək üçün lazım olan şəraitdə işləməyə hazırlaşmalıdırlar.
Nəşrin məlumatına görə, Səhiyyə Baş İdarəsi (DGS) və Silahlı Qüvvələrin Səhiyyə Xidmətinin Mərkəzi İdarəsi birgə işə başlayıb. İş Müdafiə və Daxili Təhlükəsizlik Baş Katibliyinin (SGDSN) “böyük böhrana” (hərbi münaqişə, sənaye qəzası, iqlim hadisəsi və ya kiberhücum) cavab vermək üçün hazırladığı layihə çərçivəsində həyata keçirilir. Onun çərçivəsində əhali və sahibkarlıq subyektləri üçün kitabça da hazırlanır.
Səhiyyə Nazirliyi təsdiqləyib ki, onların qarşısında mülki səhiyyə sistemində yaralı əsgərlərə qulluq göstərilməsi üçün plan hazırlamaq məsələsi dayanır. Praktik baxımdan, mülki xəstəxanalar ordunun tibbi xidmətinə kömək etməli və hərbi xəstəxanaların həddindən artıq yüklənməsi nəticəsində peyda ola biləcək hərbi yaralılara qulluq etməlidir.
Səhiyyə Nazirliyindən “Figaro”ya bildirilib ki, böyük münaqişədə hipotetik iştirakla bağlı bu ilkin iş NATO və Fransanın bir hissəsi olduğu Avropa İttifaqı (Aİ) səviyyəsində həyata keçirilən uzunmüddətli fəaliyyətlərin bir hissəsidir.
Ekspert Ketrin Bertran deyib ki, bu iş “bir-iki ildir” aparılır, ehtimal olunan münaqişə ssenarisi heç də Fransanın mütləq hücuma məruz qalacağını nəzərdə tutmur.
Səhiyyə naziri Ketrin Vautrin BFMTV-ni əmin edib ki, bunlar panik qərarlar deyil, ilkin hazırlıq sisteminin bir hissəsidir: “Dövlətin hazırlaşması normaldır – bu, dövlət qurumlarının məsuliyyətidir”. Müvafiq planlar fövqəladə hallara və müharibələrə cavab vermək üçün hökumətin milli planlarına inteqrasiya olunub.
“Le Figaro” apreldə yazırdı ki, Fransa ordusu Rumıniyanın Ukrayna və Moldova ilə sərhədindəki ərazinin xəritəsini artıq hazırlayır. Fransa hərbi topoqrafları ilə Rumıniya kartoqrafiya agentliyinin birgə işi nəticəsində rus qoşunlarının hücum zamanı istifadə edə biləcəyi əraziləri əks etdirən üçölçülü relyef xəritəsi tərtib edilib. Relyef xəritəsinin yenilənməsi zərurəti NATO ölkələrinin Rusiya təhlükəsinə qarşı müdafiə qabiliyyətini gücləndirmək qərarına gəldikdən sonra yaranıb.
Xatirə SADİQ