Putin Si Cinpinin “saqqızını oğurlaya” bilmədi
Kremlin rəhbəri Çinin “UnionPay” bankının Rusiyaya qaytarılması və “Mir” kartlarının istismarı ilə bağlı Si Cinpinlə razılığa gələ bilməyib.
SAVASHMEDİA.az bu barədə “The Moscow Times” nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Vladimir Putin və Si Cinpin arasında Pekində keçirilən danışıqlar bank əməkdaşlığının genişləndirilməsinə dair razılaşma əldə olunmadan başa çatıb. Bunun ardınca Kreml 22 sənədin imzalandığını elan edib.
Rusiya prezidenti çinli həmkarını Çinin UnionPay ödəniş sisteminin Rusiyada tam hüquqlu işini bərpa etməyə, habelə “Mir” bank kartlarının Çində qəbulu ilə bağlı razılığa gəlməyə inandıra bilməyib.
Xatirə SADİQ