“NATO buna çox ciddi yanaşır” - Rutte
NATO-nun baş katibi Mark Rutte Lüksemburqa səfəri çərçivəsində Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin təyyarəsinə qarşı Rusiyanın GPS müdaxiləsi barədə ehtimala münasibət bildirib.
SAVASHMEDİA.az bu barədə “The Guardian”a istinadən xəbər verir.
O, bildirib ki, NATO buna “çox ciddi” yanaşır və “hibrid və kiberhücumlara reaksiyasını gücləndirir”. Bu məqamda baş katib Avropada bir sıra insidentlərə diqqəti çəkib.
Rutte vurğulayıb ki, bunlar kiçik hadisələr deyil, “ciddi təsir göstərən nəhəng hadisələrdir”.
Xatirə SADİQ