“Putini sülhə məcbur eyməyin yeganə yolu budur” – Finlandiya prezidenti

Finlandiya prezidenti Aleksandr Stubb amerikalı həmkarı Donald Trampın Rusiyaya qarşı səbrinin tükənəcəyinə ümid edir.

Aug 26, 2025 - 14:43
“Putini sülhə məcbur eyməyin yeganə yolu budur” – Finlandiya prezidenti

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Yle portalı yazıb.

“Biz möhkəm sülhə nail olmaq üçün mümkün olan hər şeyi edəcəyik. Biz Ukraynanın suverenliyinin və ərazi bütövlüyünün mümkün qədər uzun müddət qoruyub saxlamasını təmin etmək üçün əlimizdən gələni edəcəyik”, - deyə Stubb vurğulayıb. 

Finlandiya pezidentinin sözlərinə görə, Putini sülhə məcbur etməyin yeganə yolu Rusiya ilə ticarəti davam etdirən və ya Rusiya hərbi sənayesinə kömək edən ölkələrə tariflər tətbiq etməkdir. 

“Putini sülh danışıqlarına Şərqdəkilər inandıra bilər, Qərbdəkilər deyil”, - deyə siyasətçi əminliklə bildirib.

Xatirə SADİQ