“Rus diplomatlarının hərəkəti məhdudlaşdırılmalıdır” - Çexiya XİN
“Avropa rus diplomatlarının Şengen zonası daxilində sərbəst hərəkətini məhdudlaşdırmalıdır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Çexiyanın xarici işlər naziri Yan Lipavski “Politico” nəşrinə bildirib.
Onun sözlərinə görə, məhdudiyyətlər Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının 19-cu paketinə daxil edilə bilər.
Nazir izah edib ki, rusiyalı diplomatlara bu imtiyaz verilməməlidir, çünki bu, “təxribat əməliyyatlarını asanlaşdırmaq üçün sui-istifadə olunur”.
Nazir bu təşəbbüsü irəli sürməyə davam edəcəyini vurğulayib: “Böyük Katonun Karfagenin məhv edilməli olduğunu daim təkid etdiyi kimi”.
Bundan öncə məlum olub ki, Aİ Rusiyaya qarşı 19-cu sanksiyalar paketi üzərində işi sentyabr ayına qədər başa çatdırmağı planlaşdırır.
Xatirə SADİQ