“Ramştayn” toplantısına 52 ölkə qatıldı

Böyük Britaniya və Almaniyanın sədrliyi ilə bu gün keçirilən Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn formatı) 29-cu iclasında 52 ölkə onlayn formatda iştirak edir.

Jul 21, 2025 - 16:38
Jul 21, 2025 - 16:55
“Ramştayn” toplantısına 52 ölkə qatıldı

SAVASHMEDİA.az bu barədə “AzadlıqRadiosu”nun Ukrayna xidmətinə istinadən xəbər verir. 
 
“Bu, Ukrayna xalqının bütün azad xalqların təhlükəsizliyi və azadlığı uğrunda mübarizəsi ilə bizə verdiyi ilhamın sübutudur”, - deyə Britaniyanın müdafiə naziri Con Hili çıxışında vurğulayıb. 

Müdafiə naziri xatırladıb ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Ukraynaya “NATO silahlarının genişmiqyaslı təhvil verilməsi” üçün yeni plan elan edib və onları tez bir zamanda döyüş meydanına çatdıracağına söz verib. 

“Ukraynanın özünü müdafiə etmək üçün lazım olan hər şeyə malik olmasını təmin etmək üçün prezident Tramp Putinin sülhə razı olması və ya sarsıdıcı iqtisadi sanksiyalarla üzləşməsi üçün də 50 günlük saata başlayıb. Böyük Britaniya bu siyasəti dəstəkləyir və biz onun uğurla həyata keçirilməsində tam iştirak edəcəyik. Ukraynanın müdafiəsi üzrə bu təmas qrupunun üzvləri olaraq biz Putini danışıqlar masasına oturtmaq üçün döyüş meydanında Ukraynanı silahlandırmaq üçün 50 günlük kampaniyaya qoşulmaq üçün öz üzərimizə düşəni etməliyik”, - deyə Hili əlavə edib. 

Xatirə SADİQ