Rusiyada saxlanılan erməni bloger maşının "baqaj"ında gizlənibmiş
Arsen Markaryan Belarusa doğru hərəkət edən avtomobilin yük yerində gizlənibmiş.
SAVASHMEDİA.az xəbər verir ki, məlumatı Rusiya İstintaq Komitəsi yayıb.
o, Moskva yaxınlığındakı Kubinka ərazisində saxlanılaraq həbs olunub.
A.Markaryan "Vətən müdafiəçilərinin xatirəsini təhqir etməkdə" şübhəli bilinir.
Rusiyanın hüquq-mühafizə orqanlarından verilən məlumata görə, erməni bloger PUA-lardan istifadə edərək Rusiyada terrora çağırış edib. Arsen Markaryana qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi açılıb.
O, paytaxtın İstintaq Komitəsinə aparılıb və orada dindiriləcək. A.Markaryan barəsində “Nasizmin reabilitasiyası” maddəsi ilə iş açılıb. Onu 5 ilə qədər həbs gözləyir.