Rusiyada Putinin reytinqi AÇIQLANDI - Rusların neçə faizi onu dəstəkləyir?
Rusiyada keçirilən son sorğunun nəticələri Vladimir Putinə ictimai dəstəyin yüksək olaraq qaldığını göstərib.
SAVASHMEDIA.az xəbər verir ki, İctimai Rəy Fondunun (FOM) avqustun 7–9-da keçirdiyi sorğuda respondentlərin 69 faizi Putinə etimad göstərib, 70 faizi isə onun fəaliyyətini müsbət qiymətləndirib.
Eyni zamanda, Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin (VTSİOM) avqust üzrə araşdırmasında Putinə etimad göstəricisi 73,3 faiz, onun fəaliyyətini bəyənənlərin payı isə 67 faiz olub.
Beləliklə, iki fərqli sorğu Rusiyada Putinə münasibətin hazırda yüksək səviyyədə qaldığını göstərir.
Səlcuq