Rus hərbçiləri istirahət mərkəzini qarət ediblər - Belqorodda

Rusiya hərbçiləri Belqorod vilayətinin Novaya Tavoljanka kəndindəki “Malinovka” istirahət mərkəzini dağıdıb və qarət ediblər.

Apr 23, 2025 - 17:50
Rus hərbçiləri istirahət mərkəzini qarət ediblər - Belqorodda

SAVASHMEDİA.az “The Moscow Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə yerli “Pepel” nəşri məlumat yayıb. 

Nəşr qeyd edib ki, baza 2023-cü ilin mayında Ukraynadan Şebekinski rayonunun atəşə tutulması səbəbindən bağlanıb. Bundan dərhal sonra hərbçilər icazəsiz şəkildə obyekti zəbt ediblər. 2025-ci ilin fevral ayına qədər istirahət mərkəzinin ərazisində müxtəlif bölmələr, o cümlədən “Vaqner” PMC-nin döyüşçüləri, “Ryazan” və “Mühafizə” çağırış nişanları olan komandirlərin rəhbərliyi altında ən azı iki hərbçi qrupu yerləşdirilib. Sonuncular bazanı tutmaq üçün onlara “əmr verildiyini” iddia ediblər.

Hərbçilər “Malinovka”nıı tərk etdikdə özlərindən sonra sındırılmış şüşələr, qapılar, mebellər qoyublar və binanı qarət ediblər. Xüsusilə, soyuducu, məişət texnikası, sənaye manqal, iki bilyard stolu, hovuz nasosları, 160 alüminium radiator, 400 metr plastik boru, 200 kvadratmetr xalça və hava ilə doldurulan qayıq oğurlanıb. Hərbçilər həmçinin istilik sistemindən 400 litr tosol (antifriz) boşaldıblar. 

“Pepel№ qeyd edir ki, “Malinovka”nın sahibləri fevralın 10-da istintaq orqanlarına 37 oğurlanmış əmlakın siyahısını təqdim edərək ifadələr yazıblar. Ancaq bu günə qədər istintaqın nəticələri barədə heç nə məlum deyil.

Xatırladaq ki, bundan əvvəl Belqorod vilayətinin sakinləri sərhəddə yerləşdirilmiş rus əsgərlərinin evləri qarət etməsindən şikayətlənirdilər. 

Xatirə SADİQ