Tramp “Qızıl Qübbə” istəyir
ABŞ prezidenti Donald Tramp ölkəsi üzərində “Qızıl Qübbə”nin qurulmasını istəyir.
SAVASHMEDİA.az xəbər verir ki, Tramp bunu Konqresdəki çıxışı zamanı deyib.
O, bildirib ki, müasir raketdən müdafiə sistemi olan “Qızıl Qübbə”nin yaradılmasını maliyyələşdirmək lazımdır.
Məlum olub ki, söhbət İsrailin “Dəmir Qübbə” analoqundan gedir. “İsraildə bu, var. O bizdə də olmalıdır. Biz qorunmaq istəyirik”, - deyə Tramp vurğulayıb.
Xatirə SADİQ