Britaniya bu məsələdə ABŞ-nin yerinə keçdi
“Ramstayn” tarixində ilk dəfə Amerika Birləşmiş Ştatları iclasa sədrlik etməyəcək.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə NATO-nun nəzdindəki Böyük Britaniya nümayəndəliyi rəsmi məlumat yayıb.
Məlumata əsasən, Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn” formatı) 26-cı iclasını Böyük Britaniyanın müdafiə naziri Con Hili çağırıb. Toplantı fevralın 12-I günün ikinci yarısında NATO-nun Brüsseldəki mənzil-qərargahında baş tutacaq.
İclas NATO müdafiə nazirlərinin görüşündən əvvəl baş tutacaq. Burada Ukrayna üçün prioritetlər və Rusiyanın genişmiqyaslı işğalına qarşı mübarizədə dəstək müzakirə ediləcək.
Xatirə SADİQ