Jurnal ləğv olunur, valideynlər dərsi onlayn izləyəcək - Emin Əmrullayev

Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq.

Feb 6, 2025 - 16:48
Jurnal ləğv olunur, valideynlər dərsi onlayn izləyəcək - Emin Əmrullayev

SAVASHMEDİA.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, "rəqəmsal məktəb" platformasında şagird, valideyn, müəllim və direktor kabineti olmaqla dörd xüsusiyyət mövcud olacaq:

"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq".