“Putin Ukraynaya yalvarmalıdır, onu buna məcbur edəcəyik" – Andjey Duda 

“Müttəfiqlərin strategiyası Kreml rəhbəri Vladimir Putinin danışıqlar üçün Ukraynaya yalvarmağa məcbur edilməsindən ibarət olmalıdır”.

Jan 23, 2025 - 11:30
“Putin Ukraynaya yalvarmalıdır, onu buna məcbur edəcəyik" – Andjey Duda 

SAVASHMEDİA.az “RMF24”-ə istinadən xəbəbr verir ki, bunu Polşa prezidenti Andjey Duda yanvarın 23-də Davosda “Ukrayna səhər yeməyi” zamanı deyib. 

Polşa prezidenti qeyd edib ki, müharibənin sülh yolu ilə hər həlli Ukrayna, Polşa və Avropanın (onların hissəsinin), eləcə də Avropa İttifaqının (Aİ) maraqlarına cavab vermir.

Onun sözlərinə görə, söhbət illər boyu “dəmir pərdə”nin arxasında qalan və Rusiyanın təsir dairəsi hesab edilən ölkələrdən gedir.

Dudanın fikrincə, elə plan qəbul etmək lazımdır ki, o Ukrayna üçün sülhə, onun suverenliyinə təminat versin və Rusiyanın beynəlxalq hüquqa hörmətini təmin etsin.

Polşa prezidenti hesab edir ki, Putini danışıqlar masasına oturmağa və sülhdən danışmaq istəməyə necə sövq etmək məsələsini gündəmə gətirmək səhv olardı.

“Elə etmək lazımdır ki, “Putin danışıqlar masasına oturmaq üçün Ukraynaya və onun müttəfiqlərinə yalvarsın”, - deyə Duda vurğulayıb. 
 
Polşa prezidenti nəzərə çatdırıb ki, Ukraynadakı müharibə lokal deyil, qlobal münaqişə olduğundan qlobal həll yolları tələb olunur

Xatirə SADİQ