“Bayram süfrəsi açanlara səslənirəm, QAYIDACAĞAM" - "Çevik"dən mesaj var + FOTO
Senyabr ayının 1-də Qəbələdə restoranda fanatik dindarlar tərəfindən döyülən “Çevik” ləqəbi ilə tanınan ateist bloger Məqsəd Bağırovdan xəbər var.
SAVASHMEDİA.az xəbər verir ki, "Çevik" sosial şəbəkə hesabında "Həqiqət susmur!" başlığı ilə foto paylaşıb.
Tiktokerin müraciətini olduğu kimi təqdim edirik:
“Qəribədir... Bir neçə gün səsim gəlmədi, bəziləri dərhal bayram süfrəsi açıb. “Bitdi.” “Getdi.” “Bir də qayıtmaz.” Tələsməyin. Nə sözüm tükənib, nə də geri çəkilmişəm. Sadəcə efirdə bir neçə günlük SÜKUT olacaq. Qoy bu müddətdə sevinənlər doyunca sevinsin. Qoy “qalib gəldik” deyənlər özlərini qalib elan etsinlər. Hətta istəyirlərsə, bu günün tarixini də qeyd etsinlər. Çünki sonra həmin tarixi xatırlamaq maraqlı olacaq. Nə gün deyirəm, nə saat. Bir şeyi deyirəm: BU, SON DEYİL. BU, FASİLƏDİR. Və hər fasilədən sonra pərdə yenidən açılır. QAYIDACAĞAM. O günə qədər... Bayramınızı yarımçıq qoymayın”.
Oğuz