Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə naməlum qadının digər şəxsə qarşı qeyri-adekvat hərəkətlərini əks etdirən görüntüləri yayılıb.

May 21, 2025 - 12:55
Kişiyə ayaqqabısını öpdürən qadınla bağlı RƏSMİ AÇIQLAMA

SAVASHMEDİA.az xəbər verir ki, bu görüntülər polis tərəfindən araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib ki, görüntüdə əks olunan şəxslərin Binəqədi rayonunda yaşayan qonşular olduğu müəyyənləşib:

“Hər iki şəxs əqli qüsurludur. Onların sağlamlıq vəziyyəti nəzərə alınaraq barələrində profilaktik tədbirlər görülür”.