Zelenski Putini söydü
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Zelenski “X” platformasında yazıb.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin Kiyev üzərində orta mənzilli “Oreşnik” ballistik raketi ilə Qərbin hava hücumundan müdafiə sistemləri arasında “duel” ideyasına qeyri-normativ sözlə cavab verib.
“İnsanlar ölür, amma ona “maraqlıdır”. Gic****”, - deyə Vladimir Zelenski vurğulayıb.
Bundan sonra Prezident Aparatının rəhbəri Andrey Yermak Putini “köhnə dəli kəmağıl” adlandırıb.
Qeyd edək ki, 2024-cü ilin fevralında ABŞ prezidenti Co Bayden San-Fransiskoda ianə toplama tədbiri zamanı Putini “dəli köpək oğlu” adlandırmışdı.
Xatırladaq ki, dünən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Putin “yüksək texnologiyalı duel” təklif edib: “Qoy onlar [Qərb] bütün hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərini yığsınlar, hədəf seçsinlər – məsələn, Kiyevdə... və biz “Oreshnik”lə zərbə endirərik və görək nə baş verəcək”.
Murad