“Ədalətli sülhü Ukrayna müəyyənləşdirəcək” – Avropa Şurasının prezidenti 

“Rusiya – Ukrayna müharibəsində ədalətli sülhün nə olduğunu yalnız Ukrayna müəyyən edə bilər”.

Dec 2, 2024 - 15:42
“Ədalətli sülhü Ukrayna müəyyənləşdirəcək” – Avropa Şurasının prezidenti 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Şurasının prezidenti Antonio Koşta “Ukrinform”a müsahibəsində deyib.

Avropanın Ukraynada beynəlxalq hüquqa əsaslanan və kapitulyasiya mahiyyəti daşımayan sülhə nail olmaq üçün nə edə biləcəyi barədə suala cavabında Koşta bildirib ki, Avropa İttifaqı (Aİ) həmişə Ukraynanı dəstəkləməli, maliyyə, siyasi, diplomat, eləcə də hərbi baxımdan Kiyevin yanında durmalıdır.  

“Ancaq sülhə nə vaxt və necə nail olmaq yalnız Ukraynadan asılıdır”, - o vurğulayıb.

Koşta onu da qeyd edib ki, bir çox insanlar səhvən düşünürlər ki, hansısa atəşkəs razılaşması əldə olunarsa, sülhün avtomatik olaraq gələcək.

“Mən vurğulamaq istərdim ki, bizə ədalətli və davamlı sülh lazımdır. Bu sülhün müddətini təmin etmək üçün yalnız Ukraynanın ədalətli sülhün nə olduğunu müəyyən etmək imkanı var”, - deyə AŞ prezidenti əlavə edib. 

Xatirə SADİQ