Pekindən Ukraynadakı çinli əsirlərin taleyi ilə bağlı AÇIQLAMA

Çin hökumət qurumları hələ də Ukraynadakı müharibədə əsir düşmüş çinlilərlə bağlı məlumatları yoxlayır və bu vəziyyətlə bağlı bütün halları müəyyənləşdirir.

Apr 15, 2025 - 14:42
Pekindən Ukraynadakı çinli əsirlərin taleyi ilə bağlı AÇIQLAMA

Çin hökuməti Rusiyanın Ukraynaya qarşı müharibəsində Çin vətəndaşlarının iştirakına aidiyyətini inkar edir və Donetsk vilayətində əsir götürülmüş çinlilərin hərəkətlərini bütün halları yoxladıqdan sonra milli qanunvericiliyə uyğun qiymətləndirəcəyini vəd edir.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Lin Tszyanın əsir götürülən çinlilərin öz ölkəsinin rəhbərliyinə vətənə qaytarılmaları xahişi ilə müraciətinə münasibət bildirilməsi ilə bağlı “Ukrinform”un sorğusuna cavabında deyilir.

“Çin hökumətinin mövqeyi çox aydındır. Biz çoxsaylı xəbərdarlıqlar etmişik və Çin vətəndaşlarından silahlı münaqişə zonalarından uzaq durmalarını, istənilən formada silahlı münaqişələrdə və hər hansı bir tərəfdən hərbi əməliyyatlarda iştirakdan çəkinmələrini xahiş etmişik. Çin tərəfi ayrı-ayrı Çin vətəndaşlarının xaricdəki davranışlarını qüvvədə olan qanunlara uyğun olaraq nəzərdən keçirəcək və lazımi konsulluq və digər tədbirlər görəcək”, - deyə XİN sözçüsü vurğulayb.

Diplomatın sözlərinə görə, Çin hökumət qurumları hələ də Ukraynadakı müharibədə əsir düşmüş çinlilərlə bağlı məlumatları yoxlayır və bu vəziyyətlə bağlı bütün halları müəyyənləşdirir.

O, əlavə edib ki, Çinin “Ukrayna böhranı” ilə bağlı mövqeyi ardıcıl və aydındır, münaqişəyə son qoymaq üçün sülh danışıqlarına yardım etməkdən ibarətdir.

“Biz bütün müvafiq tərəflərdən xahiş edirik ki, Çinin obyektiv və ədalətli mövqeyini düzgün başa düşsünlər, siyasi manipulyasiyalardan və bu vəziyyətdən öz piar və ya reklamları üçün istifadə etməkdən çəkinsinlər”, - deyə diplomat qeyd edib. 

Aprelin 8-də prezident Vladimir Zelenski  ukraynalı hərbçilərin Donetsk vilayətində Rusiya ordusunda döyüşən iki Çin vətəndaşını əsir götürdüyünü bildirdi. Ukrayna prezidenti xarici işlər nazirinə dərhal Pekinlə əlaqə saxlamağı və Çinin buna necə cavab vermək niyyətində olduğunu öyrənməyi tapşırdı.

Xatirə SADİQ